Vüsal İsgəndərli oynadı, komandası məğlubiyyətə üzüldü

Futbol üzrə Türkiyə 1-ci liqasında 4-cü turun oyunları keçirilib. Arena.az xəbər verir ki, azərbaycanlı futbolçu Vüsal İsgəndərlinin formasını geyindiyi “Keçiörengücü” də növbəti matçına çıxıb.

Sözügedən kollektiv səfərdə “Samsunspor”la qarşılaşıb. Futbolçumuzun komandası bu oyundan məğlubiyyətlə ayrılıb – 0:2.

Vüsal da bu görüşün iştirakçısı olub. O, komandasının start heyətində meydana çıxıb və 73-cü dəqiqədə əvəzlənib.

“Keçiörengücü” dörd turdan sonra 4 xalla 19 kollektiv arasında 10-cu pillədə qərarlaşıb.