Futbol üzrə Azərbaycan milli komandasının hücumçusu Vüsal İsgəndərli yığmamızın ötən gün baş tutan məşqində zədələnib.
Arena.az xəbər verir ki, bu barədə AFFA-nın rəsmi saytı məlumat yayıb.
Xəbərdə bildirilir ki, zədə səbəbdən futbolçunun adı “FIFA series – Edition 2024” layihəsi çərçivəsində millimizin bu gün Bolqarıstan yığması ilə keçirəcəyi oyunun sifariş ərizəsinə salınmayıb.
Xatırladaq ki, Tofiq Bəhramov adına Respublika stadionunda baş tutacaq Azərbaycan – Bolqarıstan oyununa saat 20:00-da start veriləcək.
Vüsal İsgəndərli hazırda Türkiyənin “Boluspor” klubunun formasını geyinir. O, bu komandaya bu ilin yanvar ayında Albaniyanın “Eqnatiya” klubundan 150 min avroya transfer olunub. Vüsalın Türkiyə klubu ilə 2026-cı ilin 30 iyununa kimi müqaviləsi var. Azərbaycanlı futbolçu Bolu təmsilçisində 9 matça çıxıb.
Vüsal Azərbaycan milli komandasında da 4 oyun keçirib, amma fərqlənə bilməyib.