Futbol üzrə Azərbaycan millisinin üzvü Vüsal İsgəndərlinin çıxış etdiyi Türkiyənin “Boluspor” komandasının yeni baş məşqçisi bəlli olub.
Arena.az xəbər verir ki, Türkiyənin Birinci Liqa təmsilçisini bundan sonra Serhat Gülpınar çalışdıracaq.
Bu barədə sözügedən klubun mətbuat xidməti məlumat yayıb. 45 yaşlı mütəxəssislə mövsümün sonuna kimi – 1 illik müqavilə imzalanıb. O, bu postda ötən mövsüm sözügedən komandaya rəhbərlik etmiş Yalçın Koşukavakı əvəz edib. Hansı ki, sözügedən məşqçi ilə yeni müqavilə imzalanmağa ehtiyac duyulmayıb.
Serhat Gülpınar ötən ilin dekabr ayından işsiz idi. Türkiyəli məşqçinin sonuncu klubu “Keçiörengücü” olub. O, “Ankara Demir”, “Dənizlispor”, “Serik Bələdiyyəspor”, “Van Spor”, “Elazığspor”, “Afyonspor”, “Buğsaş Spor” kimi klublarda da baş məşqçi kimi çalışıb.
Xatırladaq ki, Vüsal İsgəndərli ötən mövsümün ikinci yarısından “Boluspor”un şərəfini qoruyur. O, Türkiyə klubunun heyətində 13 matçda meydana çıxıb. Vüsal İsgəndərlinin “Boluspor”la 2026-cı ilin 30 iyununa qədər müqaviləsi var.
