Vüsal İsgəndərliyə “Göztəpə” ilə matçda ehtiyac duyulmadı

Futbol üzrə Azərbaycan millisinin yarımmüdafiəçisi Vüsal İsgəndərlinin formasını geyindiyi “Boluspor” bu gün növbəti matçına çıxıb.

Arena.az xəbər verir ki, sözügedən kollektiv TFF 1-ci Liqanın 2023/2024 mövsümünün 25-ci turu çərçivəsində “Göztəpə” ilə qarşılaşıb.

“Boluspor” səfərdə baş tutan bu oyundan məğlubiyyətlə ayrılıb – 0:2. Bu, Bolu təmsilçisinin cari mövsümdəki 8-ci məğlubiyyətidir. Futbolçumuzun komandası digər oyunlarda 11 qələbə qazanıb və 6 heç-heçə edib.

İsgəndərli bu oyunun iştirakçısı olmayıb. Azərbaycanlı futbolçu sonadək ehtiyatda qalıb.

Xatırladaq ki, Vüsal İsgəndərli “Boluspor”a bu ilin yanvar ayında Albaniyanın “Eqnatiya” klubundan 150 min avroya transfer olunub. Onun Türkiyə klubu ilə 2026-cı ilin 30 iyununa kimi müqaviləsi var. Azərbaycanlı futbolçu Bolu təmsilçisində 7 matça çıxıb.

25 turdan sonra “Boluspor” 39 xalla 18 iştirakçı arasında 8-ci pillədə qərarlaşıb.