“Bayer”in baş məşqçisi Xabi Alonso “əczaçılar”ın cari mövsüm Almaniya Bundesliqasında çempionluq imkanlarını qiymətləndirib.
Arena.az məlumat verir ki, 30 turdan sonra “Bayer” 64 xalla yarış cədvəlinin 2-ci pilləsində qərarlaşıb.
“Bayern” isə 72 xalla çempionatın lideridir.
Xabi Alonso komandasının növbəti çempionluq şansları barədə danışarkən bunları vurğulayıb:
“Riyazi olaraq çempionluq yürüşü hələ bitməyib, biz bilirik ki, cari mövsümdə həddən çox heç-heçələrimiz var, “Bayern”in səviyyəsində olmaq üçün bu, əskiklikdir. Səkkiz xal fərqi ilə geridə qalmaq isə çox böyük fərqdir”, – Almaniya Bundesliqasının rəsmi sayı ispan mütəxəssisdən sitat gətirir.
Xatırladaq ki, “Bayer” Almaniya Bundesliqasının cari çempionu adını daşıyır.