Xabi Alonso “Bayern” üzərində möhtəşəm qələbəsindən danışdı

“Bayer”in baş məşqçisi Xabi Alonso Bundesliqanın 21-ci turunda “Bayern” üzərində böyükhesablı qələbəsini (3:0) şərh edib.

Arena.az “Bayern & Germany” dərgisinə istinadən məlumat verir ki, ispan mütəxəssis “əczaçılar”ın cari mövsümdə çempionluq imkanlarını da dəyərləndirib:

“Biz əla iş gördük, komandanın nizam-intizamı və birliyi əla idi. Bütövlükdə səmərəmiz əla idi, bütün oyunçular yüksək səmərə göstərdilər. Bizim kifayət qədər imkanlarımız oldu, “Bayern”in isə demək olar ki, imkanı olmadı.

Mənim əla komandam, əla oyunçularım var. Mən bunu tək bacarmaram. Bizim böyük gücümüz var və əsas odur. Heç bir sirr yoxdur, oyunçular sadəcə inanırlar və biz hər dəfə qalib gəlmək istəyirik.

“Bayer”in çempionluq imkanlarımı? Bu barədə may ayında danışacağıq. İndi sadəcə gerçəkçi olub ayaq üstə möhkəm dayanmalıyıq”, deyə Xabi Alonso bildirib.

“Bayern” üzərində inamlı qələbəsindən sonra “Bayer” Almaniya Bundesliqasının turnir cədvəlində liderliyini möhkəmləndirib. Xabi Alonsonun yetirmələri 55 xalla turnir cədvəlinə başçılıq edirlər. “Bayern” isə 50 xalla 2-ci pillədə qərarlaşıb.