Xabi Alonso “Bayern”lə heç-heçəni şərh etdi

“Bayer”in baş məşqçisi Xabi Alonso Almaniya Bundesliqasının 22-ci turunda qarşılaşdıqları “Bayern”lə ev oyununu (0:0) şərh edib.

Arena.az “Sky Sports” dərgisinə istinadən, ispan mütəxəssisin bu barədə fikrini təqdim edir:

“Bütün futbolçular ən yüksək səviyyədə çıxış etdilər. “Bayern” cari mövsümdə çox güclüdür. Adətən onlar öz rəqiblərini tez bir surətdə sındırırlar, amma bu gün bu, baş vermədi. Biz güclü idik, özü də biz öz oyunumuzla çox fəxr edirik.

Oyun ərəfəsndə biz demişdik ki, bizə mükəmməlcəsinə oynamaq gərəkdir və biz demək olar ki, mükəmməl oynadıq. “Bayern”ə qarşı bu, asan deyil”, deyə Xabi Alonso vurğulayıb.

“Bayer”in yarımmüdafiəçisi Qranit Caka da “Bayern”lə ev oyununu şərh edib:

“Belə bir duyğu var ki, bu gün biz məğlub olmuşuq. Biz əla oyun nümayiş etdirdik, bizim o qədər çoxlu fürsətimiz vardı ki… Biz meydandan qalib ayrılmalı idik”, deyə Caka vurğulayıb.

Keçirdiyi 22 oyunda 55 xal toplamış “Bayern” Almaniya Bundesliqasının yarış cədvəlinə başçılıq edir. 47 xal toplamış “Bayer” isə 2-ci pillədən Münhen klubunun ən yaxın təqibçisidir.