Xabi Alonso: “Özümüzə münasibətdə tələbkar olmalıyıq”

Madrid “Real”ının ispaniyalı baş məşqçisi Xabi Alonso İspaniya nəhənginin son uğursuzluqları ilə bağlı açıqlama verib.

Arena.az 43 yaşlı mütəxəssisin müvafiq açıqlamasını təqdim edir:

“Hesab edirəm ki, bizə tərəqqi etməyə davam etmək və özünütəhlil ilə məşğul olmaq gərəkdir. Bu, “Real”dır, hər şeyi anlayırıq, harada olduğumuzu bilirik. Hələ noyabrdır, qarşıda xeyli uzun yolumuz var. Özümüzə münasibətdə tələbkar olmalıyıq. Məsələ heç də fəallığımızın yoxluğunda deyil” deyə Xabi Alonso vurğulayıb.

Xatırladaq ki, noyabrın 5-də UEFA Çempionlar Liqası çərçivəsində “Enfild”də “Liverpul”a məğlub olmuş (0:1) “Real”, noyabrın 9-da İspaniya La Liqası çərçivəsində “Kampo-de-Valyekas”da “Rayo Valyekano”nun müqavimətini qıra bilməyib (0:0).

“Real” La Liqanın yarış cədvəlində 12 oyuna topladığı 31 xalla zirvədə qəərarlaşıb. Komanda 10 qələbə qazanıb, 1 heç-heçə və 1 məğlubiyyət görüb. UEFA Çempionlar Liqasında isə madridlilərin 4 oyuna 3 qələbəsi, 1 məğlubiyyəti var. İspaniya nəhəngi 9 xalla 7-ci pillədə qərarlaşıb.