“Xankəndi”nin yeni baş məşqçisi – Zaur Hacıyev!

Azərbaycanın futbol üzrə İkinci Liqasında mübarizə aparan “Xankəndi” komandasının yeni baş məşqçisi bəlli olub.

Arena.az xəbər verir ki, bu barədə əyalət klubunun mətbuat xidməti məlumat yayıb.

Bölgə təmsilçisi Zaur Hacıyevə tapşırılıb. O, bu postda bir müddət öncə vəzifəsindən ayrılmış İbrahim Uzuncanı əvəzləyib.

UEFA-nın B kateqoriyalı məşqçi lisenziyasına sahib olan mütəxəssis uzun illər “Qəbələ” Futbol Akademiyasında fəaliyyət göstərib. O, bu klubun müxtəlif yaş qruplarındna ibarət komandalarla ölkə çempionatlarında uğurlar qazanıb və U-19 komandası ilə Azərbaycanı UEFA Gənclər Liqasında təmsil edib.

Qeyd edək ki, Zaur Hacıyev son olaraq “Karvan”da köməkçi məşqçi kimi çalışırdı.

“Xankəndi” İkinci Liqada cari mövsümün geridə qalmış hissəsində 14 oyun keçirib, 13 qələbə, 1 məğlubiyyət görüb. Komanda ikinci pillədə qərarlaşsa da, lider “Qaradağ Löbkatan”la xalları eynidir – 39.

Xəbəri sosial şəbəkələrdə paylaş: