Xavi: “Barselona” “Real” üzərində qələbəyə layiq idi”

“Barselona”nın baş məşqçisi Xavi “blauqrana”nın La Liqanın 32-ci turunda “Real”la “el klasiko”da səfər məğlubiyyətini (2:3) şərh edib.

Arena.az ispan mütəxəssisin oyundan sonra mətbuat nümayəndələri ilə görüşdə səsləndirdiyi oyun haqda fikirlərini təqdim edir:

“Həqiqətən, hər iki komandanın imkanları çox idi. Xüsusilə birinci hissədə yaxşı futbol oynadıq. Bir neçə səhvi nəzərə almasaq, çox yaxşı görünürdük. Oyuna görə, “Real” üzərində qələbəyə, üç xala layiq idik, sıfıra yox. Amma “Real” əla oynadı və yaxşı görünürdü. Topları onlardan almaq bizim üçün çətin idi, topa sahib olmaqda çətinlik çəkirdik. Amma biz yaxşı oynayırıq, üstün oluruq, yaxşı kəsimlərimiz daha çox oldu”, deyə Xavi bildirib.

32 turdan sonra “Real” 81 xalla La Liqanın yarış cədvəlinə başçılıq edir. “Barselna” isə 70 xalla 2-ci pillədə qərarlaşıb.