“Barselona”nın baş məşqçisi Xavi başa çatmaqda olan mövsümün “blauqrana” üçün yekunları haqda danışıb, qiymətləndirmə aparıb.
Arena.az “Marca” nəşrinə istinadən, ispan mütəxəssisin bu barədə fikirlərini təqdim edir:
“Bu mövsüm əsas məqamlarda özümüzü göstərə bilmədik, vacib oyunlarda uğursuz olduq. Amma oyun daha da yaxşılaşıb. Hücumda daha yaxşı çıxış edirik, mövqeli hücumumuz yaxşılaşıb. Bununla belə, çoxlu səhvlərə yol verdik və oyunlarda məğlub olduq.
“Real”ı təbrik edirəm, onlar əla çempionat keçirdilər. Mübarizə apara bilmədik. İkinci yer – tapşırığımızın ən azıdır. Super Kubokda oynayacağıq. Mən razı qaldım”, deyə Xavi bildirib.
İspan mütəxəssis həmçinin “Barselona”nın oyununu qiymətləndirərək, xeyli yaxşılaşma əldə edildiyini hesab edir:
“Kim nə deyirsə desin, hesab edirəm ki, bu mövsüm öz oyunumuzu yaxşılaşdırdıq, hətta bu, nəticələrdə əksini tapmasa da. Bu mövsüm “Real”a görə bizim üçün keçən ildən daha çətin oldu. Madriddə tarixi bir mövsüm vardı, biz dünyanın ən yaxşı komandalarından biri, Çempionlar Liqasının finalçısı ilə mübarizə aparmalı olduq”, – AS dərgisi Xavidən sitat gətirir.
La Liqanın 37 turundan sonra “Barselona” 82 xalla yarış cədvəlinin 2-ci pilləsində mövqeyini təmin edərək, gümüş medalını rəsmiləşdirib. “Blauqrana” növbəti mövsümdə Çempionlar Liqasında mübarizə aparacaq.