Xavi “Barselona”nın “Atletik”lə heç-heçəsinə aydınlıq gətirdi

“Barselona”nın baş məşqçisi Xavi La Liqanın 27-ci turunda “blauqrana”nın Bilbao “Atletik” ilə səfər heç-heçəsinə (0:0) aydınlıq gətirib.

Arena.az “Marca” nəşrinə istinadən, ispaniyalı mütəxəssisin bu barədə fikirlərini təqdim edir:

“Düşünmürəm ki, çox yaxşı oyun keçirdik. “Barselona” hücuma pis keçirdi, məncə, bu gün irəliyə doğru addım atmaq lazım idi. Ən yaxşı səmərəmizi göstərmədiyimiz üçün kədərli ayrılırıq. Oyun bizdən daha çoxunu tələb edirdi. Bu, əldən verilmiş fürsətdir. Düşünürəm ki, komanda daha çox şey edə bilərdi. Hər mənada əldən verilmiş fürsətlər: oyunda, hisslərdə, geriliyi aradan qaldırmaqda. Biz uğursuz olduq. Özümüzü məzəmmətləməli və yaxşı olmadığımızı düşünməliyik. Gərəkli səviyyədə deyildik”, deyə Xavi vurğulayıb.

Hazırda Xavinin “Barselona”sı La Liqanın 27 turundan sonra 58 xalla yarış cədvəlinin 3-cü pilləsində qərarlaşıb. La Liqaya 66 xalla “Real” başçılıq edir.