Xavi “Barselona”nın qarşılaşdığı ən təhlükəli futbolçuları açıqladı

“Barselona”nın baş məşqçisi Xavi məşqçilik karyerası ərzində Kataloniya klubu ilə qarşılaşdığı ən təhlükəli futbolçuları açıqlayıb.

Arena.az “Madrid Universal” dərgisinə istinadən Xavinin bu xüsusda fikirlərini diqqətinizə çatdırır:

“Əgər qarşılaşdığımız ən çətin oyunçular haqqında danışsaq, bunlar Markus Raşford, Vinisius Junior və Kərim Benzemadır”.

Xatırladaq ki, Xavi “Barselona”nı 2021-ci ilin noyabrından çalışdırır. Geridə qalmış 2022/2023 mövsümündə o, “Barselona”ya İspaniya La Liqasını və İspaniya Super Kubokunu qazandırıb. Futbol ölçüləri ilə gənc sayıla biləcək məşqçinin 24 ili “Barselona”da keçib. O, futbolçu kimi 17 il “Barselona”nın əsas komandasında çıxış edib.
Hazırda Xavinin yetirmələri La Liqada 20 xalla 2-ci pillədə qərarlaşıblar və lider “Real”dan 1 xal geridədirlər.

“Barselona” həmçinin Çempionlar Liqasının cari mövsümünə də uğurla başlayıb, kataloniyalılar “Antverpen” üzərində 5:0 hesablı qələbə qazanıblar.