“Barselona”nın baş məşqçisi Xavi bu klubun sabiq ulduzu, hazırda PSJ-nin şərəfini qoruyan Lionel Messinin mümkün qayıdışı haqda danışıb.
Arena.az “Barça Buzz”un “Twitter” hesabına istinadən Xavinin fikirlərni diqqətinizə çatdırır:
“Bütün kataloniyalılar Messini sevirlər. O, tarixdə ən yaxşı oyunçudur. Ssenari belədir ki, indi çox şey onun nə etməyindən asılıdır. Ardına isə biz qərar verəcəyik. Messinin “Barselona”ya mümkün keçidi onun özündən asılıdır”.
Xatırladaq ki, bir müddət əvvəl Messinin PSJ-ni yay transfer pəncərəsində tərk edə biləcəyi haqda məlumat yayılmışdı. Ulduz hücumçunun karyerasını Səudiyyə Ərəbistanının “Əl-Hilal” klubunda davam etdirmək ehtimalı var. Argentinalı ərəblərdən konkret təklif alıb.
Messinin PSJ ilə müqaviləsi cari mövsümün sonunda bitir. Argentinalı ulduz mövsüm ərzində 40 oyunda PSJ-nin formasını geyinib. O, bu oyunlarda 21 qol və 20 məhsuldar ötürmə ilə fərqlənib. Messi PSJ-nin heyətində Fransa çempionluğunu bayram edib.
Sonda onu da xatırladaq ki, Messi vaxtilə “Barselona”da Xavi ilə çiyin-çiyinə çıxış edib. İndi isə onların baş məşqçi-futbolçu kimi işbirliyi variantı yaranıb.