Xavi: “Belə rəqiblərlə oyunlar bizə asan başa gəlmir”

“Barselona”nın baş məşqçisi Xavi “Barbastro” ilə qarşılaşacağı İspaniya Kubokunun 1/16 final mərhələsinin qarşıdakı oyunu haqda danışıb.

Arena.az “Marca” nəşrinə istinadən, Xavinin müvafiq xüsusda fikirlərini diqqətinizə çatdırır:

“Bu oyundan az şey qazana bilərik, fəqət itirəcəyimiz çox şey var. “Barselona” aşkar favoritdir, amm ehtiyatlı olmaq gərkdir. “Barbastro”nu bütöv bir ömür oyunu gözləyir, bu komanda düzxəttli oynayır. Təcrübə göstərir ki, belə rəqiblərlə oyunlar bizə asan başa gəlmir.

Rəqibə hörmətlə yanaşmaq həmişə vacibdir. Asan olacağını düşünsək, səhv olar. Hər hansı bir səhv isə qəzaya səbəb ola bilər. İstənilən halda məqsədimiz finala çıxmaq və qalib gəlməkdir”, deyə Xavi bildirib.

“Barselona” – “Barbastro” oyunu yanvarın 7-dən 8-nə keçən gecə, Bakı vaxtı ilə saat 00:00-da başlayacaq.