“Barselona”nın baş məşqçisi Xavi Çempionlar Liqasının 1/4 final mərhələsinin PSJ ilə aprelin 16-da keçiriləcək cavab oyunu haqda danışıb.
Arena.az “Relovo” dərgisinə istinadən, ispan mütəxəssisin bu barədə fikirlərini təqdim edir:
“Mövsümün ən yaxşı məqamındayıq. “Kadis”lə oyunda (1:0) çox çətin meydanda çox yaxşı çıxış etdik. Çərşənbə axşamı bizi əsl sınaq gözləyir, ən çətini, amma əla vəziyyətdəyik”, deyə Xavi vurğulayıb.
Xatırladaq ki, Parisdə keçirilmiş ilk oyun “Barselona”nın 3:2 hesablı qələbəsi ilə başa çatıb.
Cavab oyunu çərçivəsində “Barselona” – PSJ-ni Barselonadakı “Olimpik Lyuis Kompanis” stadionunda qəbul edəcək. Oyun Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.