Xavi futbolda baş verən dəyişikliklərin “Barsa”ya təsirindən danışdı

“Barselona”nın baş məşqçisi Xavi futboldakı dəyişikliklərin Kataloniya komandasının çıxışına necə təsir etdiyi haqda danışıb.

Arena.az “Mundo Deportivo” nəşrinə istinadən ispaniyalı mütəxəssin bu barədə fikirlərini təqdim edir:

“Günümüzdə futbolun quruluş tərzinə görə çoxyönlü heyətə sahib olmalıyıq. Texniki və ya Rafinha kimi məkanda oynamaq bacarığı olan oyunçulara sahib olmalıyıq.

Mən oyunçu olanda xatırlayıram ki, yalnız “Rayo Valyekano” və Madrid “Atletiko”su bizə təzyiq göstərirdilər. İndi “Xetafe” evdə 90 dəqiqə təpki edir. Son illər futbol çox dəyişib. Amma DNT-mizi itirmədən, oyunun bütün baxışlarında hökmran olmalıyıq”, deyə Xavi uğur qazanmaq üçün müasir futbolun gerçəyinə uyğunluğun əsas şərt olduğunu başa düşməyə əsas verib.

Hazırda Xavinin “Barselona”sı La Liqanın 27 turundan sonra 58 xalla yarış cədvəlinin 3-cü pilləsində qərarlaşıb. La Liqaya 66 xalla “Real” başçılıq edir.