Xavi “Napoli”yə qarşı oyun haqda: “Qalib gəlməli idik…”

“Barslona”nın baş məşqçisi Xavi Çempionlar Liqasının 1/8 finalında “Napoli”yə qarşı ilk, səfər oyunu (1:1) haqda fikirlərini paylaşıb.

Arena.az UEFA-nın mətbuat xidmətinə istinadən, ispaniyalı mütəxəssisin bu barədə fikirlərini təqdim edir:

“Biz daha yaxşısına layiq idik. Strategiyamız işimizə yaradı və biz liderliyi ələ keçirdik. Vurulmuş qoldan sonra biz oyunu sakitləşdirməyə müvəffəq ola bilmədik.

Bu nəticə bizim üçün ən yaxşısı deyil, çünki qalib gəlməli idik. Bu nəticə bütün mövsümümüzün əksidir, onda ki qalib gəlməliydik, amma bacara bilmədik. Ancaq belə oynadıqca, bu oyunların əksəriyyətində qalib gələcəyik”, deyə Xavi bildirib.

Həmçinin ispaniyalı mütəxəssis qələbə üçün “Barselona”ya nəyin çatışmadığını açıqlayıb:

“1:0 irəlidə olmaq – ən çətinini etməkdir. Yaxşı müdafiə olunduq və oyun tərzimiz yaxşı işlədi. Mübarizəni davam etdirib oyunu sakitləşdirməli, futbolçular əzmkarlıq nümayiş etdirməli və bütün sualları aradan qaldırmalı idik. Amma bu, baş vermədi.

75 dəqiqə üstünlük təşkil etdik, amma rəqibin qapıya ilk zərbəsi nəticəsində qol buraxdıq. Bu, Çempionlar Liqasıdır. Komanda yaxşı çıxış etdi və çoxlu qol imkanları yaratdı. Biz daha çoxuna layiq idik, amma qol vurmalı, qol buraxmamalı idik.

Mövqeli oyun və yüksək təpki, eləcə də topu itirdikdən sonra geri qaytarmaqla çoxlu imkanlar yaratdıq. Biz düşündüklərimizi çox gözəl həyata keçirdik. Qələbə qazanmamağımız təəssüf doğurur, çünki buna layiq idik. Hesan 1:0 ikən bizdə topa nəzarət çatışmırdı. Bu gün əskik olan yeganə şey bu idi”, – “Marca” nəşri Xavidən sitat gətirir.

Komandalar arasında cavab oyunu martın 12-də keçiriləcək, “Barselona” evdə “Napoli”ni qonaq edəcək.