“Barselona”nın baş məşqçisi Xavi Çempionlar Liqasının 1/4 final mərhələsində PSJ ilə qarşıdakı cavab oyunu haqda danışıb.
Arena.az “Mundo Deportivo” nəşrinə istinadən məlumat verir ki, “Barselona”nın ilk oyunda parislilər üzərində qələbə qazanmasına rəğmən, ispan mütəxəssis “blauqrana”nın rahatlaşması üçün hələ tez olduğunu düşünür:
“Azarkeşlərin duyğularını başa düşürəm, amma bizə hələ uzun yol keçmək gərkdir. PSJ-yə qarşı əla nəticə əldə etdik, amma qarşıda daha bir oyunumuz var. Biz diqqətimizi cəmləməliyik”, deyə Xavi vurğulayıb.
Xatırladaq ki, komandalar arasında Çempionlar Liqasının 1/4 final mərhələsinin ilk oyunu aprelin 10-da Parisdə keçirilib. Xavinin yetirmələri Fransa nəhənginə 3:2 hesabı ilə qalib gəliblər. Cavab oyunu aprelin 16-da baş Kataloniyada keçiriləcək. Oyun Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.