Xavi Qətərdə daha bir çempionluq sevinci yaşadı

Futbol üzrə Qətər çempionatında mövsümün qalibi məlum olub.

Arena.az xəbər verir ki, “Əl Sədd” klubu sona dörd tur qalmış bütün rəqibləri üçün əlçatmaza çevrilib.

Bununla da “Barselona”nın sabiq futbolçusu Xavinin rəhbərlik etdiyi kollektiv növbəti çempionluğunu rəsmiləşdirib.

“Əl Sədd” 18 turdan sonra 50 xalla liderdir və ən yaxın izləyicisi “Əl Duhail”i 13 xal qabaqlayır.

Qeyd edək ki, Xavi 2019-cu ilin mayından “Əl Sədd”i çalışdırır. O, bir müddət öncə bu komandanı Qətər kubokunun da qalibi etmişdi.