“Barselona”nın baş məşqçisi Xavi “blauqrana”nın İspaniya Super Kubokunun finalında “Real”a qarşı keçirəcəyi “el klasiko” haqda danışıb.
Arena.az “Marca” nəşrinə istinadən, Xavinin bu barədə fikirlərini təqdim edir:
“Real” yaxşı gedir, o gün onların çox yaxşı çıxış etdiyini gördüm. Mən imkanları 50-nin 50-yə olaraq qiymətləndirirəm. “Real” keçənilkindən daha yaxşı çıxış edir. Biz çox dəyişməyəcəyik. Öz fərdiliyimizi axtaracağıq. Biz oyunda, ovqatda və əminlikdə irəliyə doğru bir addım atdıq. Bizim üsulumuz, oyun modelimiz, blokdur… misal – keçən il. Biz daha yaxşı idik. La Liqa oyununda isə 60-cı dəqiqəyə qədər yaxşı oynamışdıq.
“Real”dan topu almalıyıq. Siz bizim DNT-mizi görməlisiniz. Çox həvəsliyik”, deyə Xavi əminliklə danışıb.
İspan mütəxəssis həm də “Real”ın baş məşqçisi, italyan mütəxəssis Karlo Ançelotti ilə şəxsi qarşılaşmaları haqda sualı cavablayıb:
“Ançelotti ilə baş-başa görüşlərin nəticələrimi? Karlo ilə əla münasibətim var, amma qarşıdurmalarımızın statistikasını izləmirəm. Bu mövsüm Ançelotti “Real”ın sistemini dəyişdi: onlar indi rombla 4-4-2 sxemində və “saxta doqquzluq”la oynayırlar. Bu təfərrüat qarşıdan gələn oyunumuzda əsas olacaq, amma biz buna hazırlaşıb qələbə qazanmağa çalışacağıq. Biz hücum futbolu oynamaq niyyətindəyik və azad bölgələrdən yararlanmağa çalışacağıq”, – “Barca Universal” Xavinin sözlərini sitat gətirir.
Xatırladaq ki, İspaniya Super Kubokunun yarımfinal oyununda “Barselona” “Osasuna”ya 2:0 hesabı ilə qalib gəlib, “Real” isə əlavə vaxtda “Atletiko”nu “aşsüzən” edib 5:3
İspaniya Super Kubokunun final oyunu çərçivəsindəki möhtəşəm “el klasiko” yanvarın 14-də Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda, “Əl-Əvval Park” stadionunda keçiriləcək.