Xavi Simons nəhənglərin hədəfində

PSJ Eyndhoven PSV-sində çıxış edən holland yarımmüdafiəçisi Xavi Simonsu 6 milyon avro müqabilində geri almağa hazırlaşır.

Arena.az bu barədə jurnalist-insayder Fabrisio Romanoya istinadən xəbər verir.

Mənbənin məlumatına görə, bu şərt cari il iyulun 1-dən 31-dək həyata keçirilə bilər. Belə olan halda yekun qərarı vermək 20 yaşlı futbolçunun ixtiyarında qalacaq. Hazırda Simons gözləmə mövqeyi tutmuş PSJ-dən məlumat gözləyir.

Bu arada, İngiltərə nəhəngləri “Mançester Yunayted”, “Arsenal”, “Tottenhem”, Almaniyadan “Leypsiq” gənc yarımmüdafiəçiyə sahib olmaqda maraqlıdırlar və mövcud vəziyyəti diqqətlə izləyirlər.

2022/2023 mövsümündə Xavi Simons PSV-nin heyətində 48 oyuna çıxıb, 22 qol vurub, 12 məhsuldar ötürmə edib.

Simonsun PSV ilə müqaviləsi 2027-ci ilin iyun ayının sonuna qədər qüvvədədir.

“Transfermarkt” internet-portalı Xavi Simonsu 30 milyon avro məbləində qiymətləndirir.

Bundan əvvəl Simons “Golden Boy 2023” mükafatına namizədlər siyahısının ilk onluğunda – 6-cı sırada yer almışdı.

Xəbəri sosial şəbəkələrdə paylaş: