Xavi və “Barselona” ÇL-də acizlik mənzərəsi çəkirlər

“Barselona” UEFA Çempionlar Liqasının 1/8 finalında “Napoli” ilə səfərdə baş tutan ilk oyunundan 1:1 hesablı heç-heçə ilə ayrılıb.

Arena.az məlumat verir ki, bu nəticə həm Kataloniya təmsilçisi, həm də “blauqrana”nın baş məşqçisi, ispaniyalı mütəxəssis Xavi üçün statistika baxımından heç də xoş mənzərə yaratmayıb.

Belə ki, Xavi “Barseona”nı çalışdırdığı 3 mövsümdə avrokuboklar çərçivəsində iştirak etdiyi 23 oyunun 8-də qalib gəlib ki, bu da ümumi oyunların 35%-i deməkdir.

Xavi “Barselona”nı 2021-ci ilin noyabırndan çalışdırır. İspaniyalı mütəxəssisin Kataloniya klubu ilə müqaviləsi 2025-ci ilin iyun ayının sonuna qədər qüvvədə olsa da, Xavi cari mövsümün sonunda klubdan ayrılacağını bildirib.

Xavinin “Barselona” ilə avrikuboklarda iştirakı rəqəmlərin gözü ilə belə mənzərə yaradır:

Çempionlar Liqası:
15 oyun, 6 qələbə, 3 heç-heçə, 6 məğlubiyyət, top fərqi: 25:22

Avropa Liqası:
8 oyun, 2 qələbə, 4 heç-heçə, 2 məğlubiyyət, top fərqi: 13:12

Avrokuboklarda iştirakın ümumi mənzərəsi:
23 oyun, 8 qələbə, 7 heç-heçə, 8 məğlubiyyət, top fərqi: 38:34

Xavinin “Barselona”nın sükanı arxasında ümumi statistikası isə belədir:
127 oyun, 79 qələbə, 22 heç-heçə, 26 məğlubiyyət, top fərqi: 246:141

“Barselona”ya gəlincə, Kataloniya nəhəngi Çempionlar Liqasının ələmə mərhələlərində səfər “lənəti”nə düçar olub. Belə ki, “blauqrana” qitənin ən mötəbər klub turniri çərçivəsində ələmə mərhələlərində meydana çıxdığı 11 səfər oyununun ancaq 1-də qələbə qazana bilib.

“Barselona” Çempionlar Liqasının ələmə mərhələsində səfərdə sonuncu dəfə 2019-cu ilin aprelin 10-da qalib gəlib. Onda “Barsa” 1/4 finalda “’Mançester Yunayted”i məğlub etmişdi – 1:0.

Bundan sonra Kataloniya nəhəngi növbəti 10 oyunda bir qayda olaraq “tilsim”ə düşüb. “Barselona” Madrid “Atletiko”suna (0:2), PSJ (0:3), “Yuventus” (0:3), “Roma” (0:3) və “Liverpul”a (0:4) məğlub olub, həmçinin “Napoli” (1:1, 1:1), PSJ (1:1), “Çelsi” (1:1) və Lion “Olimpik”i ilə (0:0) heç-heçə edib.