Xavi vida mərasimində Busketsə sataşdı

Barselona”nın baş məşqçisi Xavi komandasının dayaq yarımmüdafiəçisi Serxio Busketsə həsr olunmuş mərasimdə iştirak edib.

Arena.az “Marca”ya istinadən xəbər verir ki, Buskets 18 ilini həsr etdiyi “Barselona”dan ayrılmaq qərarına gəlib.

Mərasimdə Xavi bir zamanlar birlikdə oynadığı, sonralar çalışdırdığı futbolçusuna zarafatyana sataşıb:

“Buskets məndən də ləng olan yeganə oyunçu idi”, deyə Xavi gülərək sözə başlayıb.

“Komanda yoldaşları, dostları, rəqibləri Busketi yüksək qiymətləndirirlər… O, klubun tarixində əlamətdar iz qoyub. Təkid etdim ki, qalsın… Amma onun işləri qaydasındadır, əsas da budur. Onun vidalaşması məndən daha çətindir. Çünki Serxio məndən fərqli olaraq, start heyətində çıxış edirdi. Əminəm ki, o, şübhəyə qapılmışdı, amma o, yaxşı işləyirdi. O, buna layiqdir, çünki o, böyük insandır”.

Buskets cari mövsümdə “Barselona”nın heyətində 42 oyunda meydana çıxıb, 4 qol ötürməsi ilə fərqlənib.