Xavi Vinisiusa yerini göstərdi

“Barselona”nın baş məşqçisi Xavi “Real”ın irqi ayrıseçkiliyə məruz qalmış hücumçusu Vinisius Juniorun tutduğu mövqe ilə razılaşmadığını açıqlayıb.

Arena.az “Relevo”ya istinadən xəbər verir ki, Xavi Juniorun İspaniya çempionatının rasistlərə məxsus olması haqda sözlərinə müqabil bunları söyləyib:

“Düşünmürəm ki, İspaniyanın rasist ölkəsi olması haqda iddialar yürütmək olar və ya La Liqa rasist ocağıdır. Ancaq rasizm təzahür edir və bu kəsləri mühakimə etmək lazımdır. Əgər biz təhqir edildiyimiz, ağzına gələnlərin bizə şamil olduğu bir mühitdəyiksə, bu halda nümunəvi davranışla fərqlənmək və cavab verməyərək susmaq çox çətindir”.

Xatırladaq ki, Vinisius La Liqanın 35-ci turu çərçivəsində “Real”ın “Valensiya”ya qarşı keçirdiyi səfər oyununda rasizm aktı ilə üzləşmişdi.