Xavi yarış cədvəlində “Real”a təzyiq etmək barədə düşünür

“Barselona”nın baş məşqçisi Xavi La Liqanın 30-cu turunda “Las-Palmas”la qarşıdakı oyun haqda fikirləni paylaşıb.

Arena.az “Mundo Deportivo” nəşrinə istinadən, Xavinin bu barədə fikirlərini təqdim edir:

“Bizim çox yaxşı futbol oynayan və fərdiliyə malik rəqibimiz olacaq. Pimenta bizimkinə bənzər bir üslubda əla işləyir. Onun texniki cəhətdən istedadlı futbolçuları da var. Onlardan topu almaq bizim üçün çətin olacaq.

PSJ ilə oyuna sayılı günlər qalıb, ona görə də diqqətimizi sabahkı oyuna yönəltmişik. İnanmaq istəyirik və inanırıq ki, La Liqa üçün mübarizə apara bilərik. Sabah üç xal qazanmaq bizim üçün çox vacibdir. “Real”a təzyiq göstərməyə çalışmalıyıq”, deyə Xavi vurğulayıb.

Xatırladaq ki, hazırda “Real” 29 oyundan 72 xalla İspaniya La Liqasının yarış cədvəlinin vahid lideridir. “Barselona” isə 64 xalla “Real”ın ən yaxın təqibçisi kimi 2-ci pillədə qərarlaşıb.