Xavinin “Barselona”dan qovulmasının əsas səbəbi məlum oldu

İspan mütəxəssis Xavinin gözlənilmədən “Barselona”nın baş məşqçisi vəzifəsindən qovulmasının əsas səbəbi məlum olub.

Arena.az bu barədə “Mundo Deportivo” nəşrinə istinadən məlumat verir.

Mənbənin məlumatına görə, Xavi fəal surətdə “baluqrana”nın heyətindən narazılığını bildirməyə və yeni transferlər istəməyə başlaması səbəbindən, “Barselona” rəhbərliyi cari mövsümün sonunda Xavini istefaya göndərmək qərarına gəlib.

Bildirilir ki, Xavi ilkin olaraq “Barselona”nın rəhbərliyinə mövcud oyunçularla işləməyə hazır olduğunu bildirib. Bundan sonra ispan mütəxəssisin cari mövsümün sonunda klubu tərk etməyəcəyi açıqlanıb. Bununla belə, Xavi daha sonra “Barselona” üçün transfer tələblərinin sayını artırıb.

Bu baxımdan, Kataloniya klubunun rəhbərliyi hesab edib ki, baş məşqçi dəyişikliyi bir neçə futbolçunu satıb almaqdan daha asandır. Əks halda bu, klubdakı ağır maliyyə vəziyyəti mənzərəsində mövcud şəraiti daha da çətinləşə bilər.

“Barselona” başbilənləri mövcud idman layihəsinə inanacaq mütəxəssis tapmaq qərarına gəliblər.

Vurğulanır ki, bu işdə “blauqrana”nın idman direktoru Deku da klub rəhbərliyinin tərəfini tutub.

Xatırladaq ki, “Barselona” Xavinin qovulduğunu dünən, mayın 24-də açıqlayıb.