İspaniya La Liqasının prezidenti Xavyer Tebas İdman İnzibati Məhkəməsinin (TAD) ona qarşı intizam işi açmasına münasibətini açıqlayıb.
Arena.az xatırladır ki, bundan əvvəl mətbuatda, müvafiq şikayətin “Real”ın prezidenti Florentino Peres tərəfindən qaldırıldığı barədə məlumat yayılmışdı.
“Mən kənarlaşdırılmaq fikrində deyiləm. Qarşımda uzun bir yol var. İş qaldırılıb, amma ümidvaram ki, bir müddət sonra mən onu qazana biləcəyəm. Bu, “Real”ın prezidenti Florentino Peresin kələyidir. O, İspaniya və Avropa klublarını Super Liqa layihəsinə inandıra bilmədiyi üçün, indi, La Liqanın demokratik yolla seçilmiş prezidentini məsələdən kənarlaşdırmağa çalışır”, – Xavyer Tebas özünün “X” sosial şəbəkə hesabı üzərindən paylaşdığı videosunda bildirib.
Xatırladaq ki, İspaniyanın Florentino Peresin CVC investisiya fondu ilə müqavilə məsələsi ilə bağlı İspaniya La Liqasının assambleyasının çağırılması zamanı mümkün pozuntularla əlaqədar, Xavyer Tebasdan İdman İnzibati Məhkəməsinə şikayət ünvanlamış və məhkəmə Peresin iddiasını təmin etmişdi.


