İspaniya La Liqasının prezidenti Xavyer Tebas “Real” və “Barselona” arasında keçiriləcək növbəti “el klasiko”dan söhbət açıb.
Arena.az “Marca” nəşrinə istinadən, ispan məmurun bu barədə fikrini təqdim edir:
“Barselona” favoritdirmi? Mövcud vəziyyəti nəzərə alsaq, o qalib gəlmək üçün hər imkana malikdir. Əksəriyyət “Real” üçün hər şeyin çətin başa gəldiyini desə də, o qalib gəlir. Beləliklə, bu, hər kəsin qalib gələ biləcəyi vacib bir oyun olacaq.
Mənə elə bir duyğu hakimdir ki, “Barsa” indi yüksəlişdədir. Bu, mövsüm öncəsi heç kimin onlardan gözləmədiyi bir xüsusdur. Bəlkə də müvafiq məqam, onları həqiqətən olduğundan daha güclü görməyə sövq edir”, deyə Xavyer Tebas vurğulayıb.
Xatırladaq ki, “Real” “Barselona”nı oktyabrın 26-da “Santyaqo Bernabeu”da “qonaq” edəcək. Hakim oyunu Bakı vaxtı ilə 23:00-da başladacaq.
Oyun La Liqanın 9-cu turunun mərkəzi görüşü kimi əlamətdar olacaq.
11 turdan sonra 27 xal toplamış “Barselona” La Liqanın yarış cədvəlinə başçılıq edir. “Real” isə 24 xalla 2-ci pillədən “blauqrana”nı daban-daban təqib edir.


