Xavyer Tebas: “Florentino Peres haqqımızda ağ yalan danışır”

La Liqanın prezidenti Xavyer Tebas “Real”ın rəhbəri Florentino Peresin ittihamları ilə bağlı öz fikrini açıqlayıb.

Arena.az “Football Espana” dərgisinə istinadən məlumat verir ki, Tebas La Liqa rəhbərliyinin “Kral klubu”na qarşı siyasət yürütdyü haqda Peresin ittihamını əsassız sayır:

“Mən Florentino Peresin çıxışını dinlədim. İldən-ilə eyni şeyi təkrarlayır: gənclər haqda, telekanallara abunə haqqında. Bu onu göstərir ki, nə onun, nə də rəhbərliyinin baş verənlərdən xəbəri yoxdur. La Liqa haqqında danışanda ağ yalan danışır. O, prezidentin maaşının artırılması ilə bağlı yalan danışır, çünki artım olmayıb, La Liqanın qeyri-şəffaflığı haqqında, televiziyaların hüquqlarının müsadirə edilməsi barədə də yalan danışır.

Onun nümayiş etdirdiyi yeganə şey, onun özünün bir məsih kimi daha da cilovsuz təsəvvürüdür. O, istəyir ki, hər şey onun düşündüyünün ətrafında fırlansın. La Liqa gizli səsvermənin keçirildiyi demokratik bir təşkilatdır və əgər “Real” nümayəndələr komissiyasına seçilməsə, bu, yalnız lazımi dəstəyə malik olmadığı üçün olacaq”, deyə Xavyer Tebas bildirib.

Xəbəri sosial şəbəkələrdə paylaş: