İspaniya La Liqasının prezidenti Xavyer Tebas “Real”ın prezidenti Florentino Peresi Avropa futboluna hakim olmaq istəyinə görə tənqid edib.
Arena.az “Sport.es” dərgisinə istinadən, Tebasın bu xüsusda fikirlərini diqqətinizə çatdırır:
“Onun məqsədi ən çox xəzinəyə malik ən zəngin və ən böyük klubların Avropada futbolu idarə edə bilməsini təmin etməkdir. Onun üçün bütün digər klublar sadəcə olaraq onlara veriləndən razı qalmalı olan nökərlər – vassallardır.
Peresi niyə tənqid edirəm? Evinizə soxulan və sizi soymağa çalışan şəxslə ümumi fikrə gəlmək mümkün deyil”, deyə Xavyer Tebas sərt şəkildə bildirib.
Xatırladaq ki, 2021-ci ilin avqustunda “Real” Xavyer Tebası Avropa Super Liqasının yaradılmasına mane olduğu üçün məhkəməyə vermişdi. Ümumiyyətlə Xavyer Tebasla Plorentino Peres arasında münasibətlər gərgindir.


