İspaniya La Liqasının prezidenti Xavyer Tebas “Real”ın rəhbəri Florentino Peresə fəal müxalifət etdiyi üçün üzləşdiyi fəsadı açıqlayıb.
Arena.az “Sport.es” dərgisinə istinadən məlumat verir ki, Tebas, məsələn, bir məsələdə fikir ayrılığı üzrə – Avropa Super Liqasının yaradılması fikri ilə bağlı Peresə müxalif görüşlərə malik olduğu üçün, bu mübarizədə ailəsinin fəsadlar yaşadığını bildirib:
“Bəli, ailəm üçün xoşagəlməz fəsadlar yaranıb, amma bu barədə danışmamağa üstünlük verirəm.
Niyə heç kim Peresi tənqid etmir? Çünki rahatlıq bölgəsindən çıxmaq və bu ölkənin ən güclü adamlarından birini tənqid etməyə başlamaq çətindir. Mən bunu etiraf edirəm, qəhrəmanlıq isə tələb etmirəm. Bu haqda çox danışmamalıyam. Siz İspaniyada yaşayırsınız və mənim nə danışdığımı başa düşürsünüz”, deyə Xavyer Tebas açıqlayıb.
Xatırladaq ki, “Real”ın prezidenti Florentino Peresin İspaniya futbolunda qüvvətli mövqeyi var. İspan məmur Avopa və dünyada futboldankənar geniş əlaqələrə malikdir. Maraqlıdır ki, mətbuat ara-sıra Peresi futboldankənar bu əlaqələrlə futbolda öz məqsədlərinə çatmaq üçün futbola və futbol adamlarına təsirdə ittiham edir. Amma bir müddət sonra elə, qışqır-bağır salmış həmin mətbuat orqanları da Peresin lehinə mövqe tutaraq, əvəvlki mövqeyindən daşınırlar.


