Xavyer Tebas irqçiliyə qarşı mübarizənin nəticələrindən danışdı

İspaniya La Liqasının prezidenti Xavyer Tebas son illərdə irqçiliklə mübarizədə İspaniya La Liqasında irəliləyiş əldə edildiyini vurğulayıb.

Arena.az “Cadena SER” dərgisinə istinadən ispan məmurun bu barədə fikrini təqdim edir:

“Vinisiusla bağlı vəziyyətdə, bunun təmizliyə gətirib çıxarması vacib məqamdır. Bu, artıq Barselonada İnyaki Uilyamsla, Kadisdə Akapo ilə baş verib… Vinisiusun ətrafında baş verənlər həm açıq, həm də özəl olaraq daha çox müzakirə edilir. Nə İspaniya, nə də futbol irqçi deyil – bunlar yalnız təcrid hallardır – istisnalardır.

15 il əvvəl azarkeş dəstələri özlərinə müvafiq atmacaları rəva görürdülər, amma indi bir çox tamaşaçı əməkdaşlığa hazırdır. Əhəmiyyətli dəyişikliklər baş verib. İndi növbəti addım müvafiq hadisələrin dayandırılması və ya ən azına endirilməsidir. Bu, sosial şəbəkələrdə də cəzalandırılmalıdır”, deyə Xavyer Tebas vurğulayıb.

Xatırladaq ki, irqçiliklə mübarizədə “Real”ın braziliyalı ulduzu, cinah hücumçusu Vinisius Junior xüsusi fəallıq göstərir. Məhz “Vini”yə qarşı irqi atmacalara braziliya futbolçunun sərt mübarizə tədbirinə başlaması ilə bütün İspaniya futbolu irqçiliyə qarşı səfərbər hala gəlib.