İspaniya La Liqasının prezidenti Xavyer Tebas bildirib ki, İspaniya çempionatında həm Messi və həm də Kristiano Ronaldu təhqir edilib.
Arena.az Sport.es portalına istinadən Tebasın fikirlərini çatdırır:
“Əgər siz baş verənlərə keçmişin nöqteyi-nəzərindən baxıb problemi öyrənirsinizsə, görürsünüz ki, nəhəng futbolçular rasist və homofob qəzəbin “hədəf”idirlər. Bu, həm Messi, həm Ronaldo ilə baş verib. Vinisius – turnirin ən yaxşı oyunçusudur və onun üzərinə azarkeşlərin qəzəbi tökülür. Onun baxımlı futbolu bəzilərinə xoş gəlmir, amma bu, o demək deyil ki, o, təxribatçıdır”.
Xatırladaq ki, bir müddət əvvəl “Real”ın hücumçusu Vinisius “Mestalya”da “Valensiya”ya qarşı oyunda irqçi təhqirlərin qurbanı olub. Braziliyalı futbolçu isə La Liqa rəhbərliyini müvafiq təzahürlərə yol verməkdə ittiham etmişdi. Bu da Xavyer Tebas tərəfindən xoş qarşılanmamış və oyunçunu tənqid etmək məcburiyyətində qalmışdı.