İspaniya La Liqasının prezidenti Xavyer Tebas ən yaxşılar mövzusunda sürətli sorğuda ona ünvanlanmış sualları cavablayıb.
Arena.az AS dərgisinə istinadən, ispan məmurla sorğunu təqdim edir:
– Ən yaxşı ispan oyunçu?
– Butragenyo (Emilio Butragenyo).
– Nə vaxtsa La Liqada çıxış etmiş ən yaxşı oyunçu?
– Messi (Lionel Messi).
– Tarixdə ən yaxşı oyunçu?
– Messi.
– Avropanın ən yaxşı oyunçusu?
– Bellingem (Cud Bellingem).
– Ən yaxşı klub?
– Futbolun daha mütərəqqi olduğu ilk çempionluqları dövrünün Madrid “Real”ı.
Xatırladaq ki, Xavyer Tebas 2013-cü ilin aprelindən İspaniya La Liqasına rəhbərlik edir. 61 yaşlı müvafiq vəzifədə dördüncü müddətdir çalışır.


