Xavyer Tebas: “Milli liqalar FIFA-nı məhkəməyə verəcəklər”

İspaniya La Liqasının prezidenti Xavyer Tebas milli çempionatların FIFA-ya qarşı məhkəmə iddiası qaldıracağını bildirib.

Arena.az “Marca” nəşrinə isrinadən məlumat verir ki, ispan məmur, FIFA-nın oyunların sayını artırmaqla bağlı birtərəfli qərarları ilə əlaqədar, təşkilata qarşı milli çempionatların Avropa İttifaqı məhkəməsinə iş hazırladığını bildirib:

“Bazar ertəsi FIFPRO (Beynəlxalq Peşəkar Futbolçular Assosiasiyaları Federasiyası), La Liqa və İngiltərə Premyer Liqası ilə birgə konfransımız olacaq. Biz Avropa İttifaqında FIFA-nı birtərəfli qərarlarına görə qınamaq niyyətindəyik.

İndi biz klublararası dünya çempionatını udmalıyıq, çünki FIFA belə qərar verib. Amma heç bir milli liqa bununla razılaşmır. FIFPRO-nun yaxşı tərəfi ondan ibarətdir ki, təşkilat daha çox oyunun bütün oyunlarda oynayan 300 oyunçuya və oynamayan on minlərlə futbolçuya vurduğu zərəri dərk edib.

Dünya futbolunu cəmi 300 oyunçu və 20 klub üçün təşkil edə bilməzsiniz. Çempionlar Liqasının yeni tərtibatına görə ölkə çempionatları əziyyət çəkir. FIFPRO bunun vacib olduğunu başa düşüb və eyni zamanda sənayemizi dünyəvi səviyyədə qorumaq zərurətini anlayıb”, deyə Xavyer Tebas məmnunluqla bildirib.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: