İspaniya La Liqasının prezidenti Xavyer Tebas İspaniya nəhəngi “Real”ın prezidenti Florentino Peresi tənqid atəşinə tutub.
Arena.az “The Objective” dərgisinə istinadən Tebasın tənqidi qənaətini təqdim edir:
“Florentinonun futbolu insanları aldadır. O, ancaq varlılar üçün nəzərdə tutulmuş oliqarx futbolunu təmsil edir. Peres hər şeyi özü həll etmək və pulu müstəqil surətdə özü yerbəyer etmək istəyir. Madridizm tərəfdarlarının bir qismi Florentinonun bütün etdiklərinə bəraət qazandırmaqla, səvhə yol verirlər. Madridlilərin şəxsi, müstəqil fikri olmalıdır. “Real” qələbə qazananda mən xoşbəxtəm. Mən “Real”ın UEFA Çempionlar Liqasındakı qələbəsinə də şad olmuşam. Amma mən madridçiyəm, florentinoçu deyiləm.
Super Liqa? Mən La Liqanı Madrid “Real”ı olmadan təsəvvür etmirəm, bu, mümkünsüzdür. Ancaq Florentino çox tərsdir. O, heç zaman məğlub olmur”, deyə Xavyer Tebas vurğulayıb.
Xatırladaq ki, Florentino Peres FIFA və UEFA-dan asılı olmayan yeni liqa – Avropa Super Liqasının təsis edilməsinin tərəfdarıdır. Hüquqi baxımdan Peres müvafiq liqanın “mübarəkdir” cavabını da alıb. Kağız üzərndə də yarışın təşkili üzrə bir çox məsələlər öz həllini tapıb. Hazırda Peres başına taxdığı bu fikrin gerçək təsisinə çalışır.


