La Liqanın rəhbəri Xavyer Tebas “Valensiya”ya qarşı oyunda irqi təhqirlərə məruz qalmış “Real”ın hücumçusu Vinisius Junioru tənqid edib.
Arena.az xəbər verir ki, Xavyer Tebas “Twitter” hesabındakı paylaşımında bu məsələ ilə bağlı yetərincə sərt mövqeyi ilə diqqət çəkib:
“Əgər sənə La Liqanın nə demək olduğunu və rasizm halında hansı tədbirlər görə biləcəyini izah etməli olan kəslər bunu etmirlərsə, o halda bunu izah etməyə biz cəhd etdik. Ancaq sən özünün istəyinə görə razılaşdırılmış iki tarixdən heç birində zühur etmədin. La Liqanı tənqid edib təhqirə keçməzdən öncə, sənin müvafiq surətdə məlumatlanman gərəkdir. Özünə münasibətdə manipulyasiyaya imkan vermə və əmin ol ki, bir-birimizin və bizim birlikdə gördüyümüz işin səlahiyyətlərini yaxşı anlayırsan”.
Xatırladaq ki, Vinisus üzləşdiyi irqi təhqir müqabilində İspaniya çempionatının rasistlərə məxsus olması haqda ümumi fikir səsləndirmişdi. Braziliyalının tutduğu bu mövqe müxtəlif təxribatlara yol açmaqda hələ də davam edir.
Bu arada Sankt-Peterburq “Zenit”inin keçmiş hücumçusu Halk həmyerlisinin müdafiəsinə qalxaraq bir braziliyalı kimi ona güclü olmağı tövsiyə edib.