“İnter Mayami”nin baş məşqçisi Xerardo Martino ABŞ komandasının nəticə əldə etmək üçün nəyə ehtiyacı olduğunu açıqlayıb.
Arena.az ESPN portalına istinadən, argentinalı mütəxəssisin müvafiq xüsusda fikirlərini təqdim edir:
“Biz oyunçuların, xüsusən də “Leo”nun (Lionel Messini nəzərdə tutur – red.) fərdi təkmilləşdirmələr etmədən özlərinin ən yaxşı versiyaları ola biləcəkləri yerdə oynamaq yollarını tapmağa çalışmalıyıq. Artıq təəccüblənmədiyimiz an gəldi, hərəkətimiz və topun hərəkəti ləngidi və rəqiblər bunu qabaqcadan görüb zərərsizləşdirə bildilər.
Ola bilsin ki, indi məsələ gerçək komanda toplamaq, yəni qalan oyunçular hesabına onun ən yaxşı seçimini müəyyən etməkdir. Mən diqqətimi bunun üzərində cəmləmişəm: Messini necə əhatə edə biləcəyimiz, onu tapa biləcəyimiz və necə oynayacağımızı rəqiblərimizə əyan etməməyə çalışmağımız”, deyə “Tata” ləqəbli Xerardo Martino bildirib.
Qeyd edək ki, MLS-də hazırda mövsümlərarası fasilədir. 2024-cü il mövsümünə fevralın 21-də start verilib. Martinolu, Messili “İnter Mayami” yeni mövsümün ilk turunda “Real Solt Leyk” komandası ilə üz-üzə gələcək. Bu oyun fevralın 22-də baş tutacaq.