Azərbaycanın kişi voleybolçulardan ibarət “Xilasedici” komandası Çelenc Kubokunun 1/16 final mərhələsində ilk oyununa çıxıb.
Arena.az xəbər verir ki, təmsilçimiz bu gün 1/16 final mərhələsində Bakıda Belçikanın “Lindemans” kollektivi ilə üz-üzə gəlib.
Fövqəladə Hallar Nazirliyinin idman zalında baş tutmuş oyun Azərbaycan klubu üçün uğursuz alınıb. Belə ki, voleybolçularımız yekunda 0:3 (17:25, 22:25, 23:25) hesablı məğlubiyyətə üzülüblər.
Tərəflər arasında cavab oyunu 2026-cı il yanvarın 7-də Belçikada baş tutacaq.
Xatırladaq ki, yarışa 1/32 final mərhələsindən başlamış Azərbaycan təmsilçisi bu raundda Rumıniyanın “Styaua” kollektivinə qalib gələrək 1/16 finala yüksəlmişdi.
Çelenc Kuboku
1/16 finalın ilk oyunu
9 dekabr
“Xilasedici” – “Lindemans” 0:3 (17:25, 22:25, 23:25)
Bakı. Fövqəladə Hallar Nazirliyinin idman zalı.


