“Xilasedici” Belçika klubuna yenə uduzdu, mübarizəni dayandırdı

Azərbaycanın kişi voleybolçulardan ibarət “Xilasedici” komandası Çelenc Kubokunun 1/16 final mərhələsinin cavab oyununa çıxıb.

Arena.az xəbər verir ki, Azərbaycan təmsilçisi Belçikada yerli “Lindemans” kollektivinin qonağı olub.

İlk görüşdə məğlubiyyətə üzülmüş təmsilçimiz cavab görüşündə revanş almağa çalışsa da, bu istəyinə çata bilməyib. Belə ki, qarşılaşma meydan sahiblərinin 3:1 hesablı qələbəsi ilə başa çatıb. Nəticədə “Xilasedici” Çelenc Kubokunun 2025/2026-cı illər mövsümündə mübarizəni dayandırıb.

Xatırladaq ki, bu komandalar arasında Bakıda baş tutmuş ilk görüşdə də Belçika təmsilçisi 3:0 hesablı qələbə qazanmışdı.

Xəbəri sosial şəbəkələrdə paylaş: