Xosep Qvardiola AÇ-2024-ün favoritlərini açıqladı

“Mançester Siti”nin baş məşqçisi Xosep Qvardiola 2024-cü il Avropa çempionatı ərəfəsində yarışın favoritlərinin adlarını açıqlayıb.

Arena.az jurnalist Viktor Navarronun sosial şəbəkələr üzərindən təqdim etdiyi məlumata əsasən, ispan mütəxəssisin bu barədə fikirlərini təqdim edir:

“Almaniya və İspaniya. İngiltərə? Onlar qələbəyə getdikcə yaxınlaşırlar. Onların bu addımı atmasının vaxtı çatıb. Yarımmüdafiədə və hücumda çox yaxşı nəsil var. Mən Böyük Britaniyada yaşayıram, ona görə də bu komandanın necə çıxış edəcəyi ilə maraqlanıram”, deyə Xosep Qvardiola bildirib.

Xatırladaq ki, 2024-cü il Avropa çempionatının final mərhələsi Almaniyada keçiriləcək və düz bir ay – iyunun 14-dən iyulun 14-dək davam edəcək. Yarışın oyunlarına Almaniyanın 10 şəhərinin 10 stadionu ev sahibliyi edəcək.