Xosep Qvardiola “Brentford” üzərində əzmkar qələbəsini şərh etdi

“Mançester Siti”nin baş məşqçisi Xosep Qvardiola Premyer Liqanın 23-cü turunda “Brentford” üzərində əzmkar səfər qələbəsini (3:1) şərh edib.

Arena.az BBC-yə istinadən ispan mütəxəssisin müvafiq xüsusda fikirlərini təqdim edir:

“Çox məqamlarımız oldu. Onların qapıçısı möhtəşəm oynadı. “Brentford” standart vəziyyətlərdə çox təhlükəlidir və çox yüksək təzyiq edir. Belə oyunlarda kənarlarda açıq yerlər tapmaq vacibdir. Foden? O, hər zaman bir məqsəd güdür. O, artıq 250 oyun keçirib və bu mövsüm vurduğu qollarla oyuna təsir etməyə başlayıb. O, əladır. Onun çox yaxşı statistikası var.

Mən heç vaxt qələbə silsiləsi haqda düşünmürəm, sadəcə olaraq, oyunçuların növbəti oyunda bərpasına kömək etməyə çalışıram. Mən yalnız növbəti oyunda qalib gəlmək barədə düşünürəm”, deyə Xosep Qvardiola bildirib.

Xatırladaq ki, bu oyunda “Brentford”un hollan qapıçısı Mark Flekken məhsuldar ötürmə ilə yadda qalıb. “Şəhərlilər”in ingilis sağ vingeri Fil Foden isə 3 qol vuraraq, oyunun taleyini həll edib.

Hazırda Premyer Liqanın turnir cədvəlinə 23 oyundan 51 xal toplamış “Liverpul” başçılıq edir. 22 oyundan 49 xal toplamış “Mançester Siti” isə 2-ci pillədə qərarlaşsa da, potensial lider statusundadır.

Xəbəri sosial şəbəkələrdə paylaş: