“Mançester Siti”nin baş məşqçisi Xosep Qvardiola FIFA-nın 2025-ci il FIFA Klub Dünya Kuboku ilə bağlı istəyinə sərt qarşılıq verib.
Arena.az “City Xtra” dərgisinə istinadən məlumat verir ki, ispan mütəxəssis yarışda iştirak edəcək komandaların ən güclü oyunçularından istifadə etməsində israr edən FIFA-nın, yenilənmiş klublararası dünya çempionatı qaydaları haqqında fikrini açıqlayıb:
“Ən güclü futbolçular kimlərdir? FIFA mənə futbolçuların yerinə deyəcək ki, hansı daha güclüdür? Mən bunu başa düşmürəm. Biz bütöv bir komanda olaraq ora yollanacağıq. Güclü – hal-hazırda yaxşı vəziyyətdə olmaq deməkdir. Ola bilsin ki, ən güclü oyunçular, onların fikrincə, hazırda həqiqətən pisdir haldadırlar ki, bu da bir çox səbəblərə görə ola bilər: şəxsi, fiziki, zədələr. Hansı futbolçuların meydana çıxacağını oyunlardan əvvəl açıqlamayacağam, buna şəxsən özüm qərar verəcəyəm”, deyə Xosep Qvardiola qətiyyətlə vurğulayıb.
Xatırladaq ki, yarışın yeni tərtibatı üzrə iştirakçıların sayı 7 komandadan 32 komandaya yüksəldilib. Yarışda Afrika, Asiya, Avropa, Amerika və Okeaniya klubları iştirak edəcəklər. Klublararası dünya çempionatı 2025-ci il iyunun 15-dən iyulun 13-dək keçiriləcək ABŞ-da keçiriləcək.
Vurğulayaq ki, futbol dünyasının nüfuzlu və aparıcı simalarının böyük əksəriyyəti, həmçinin oyunçular müvafiq tərtibatda klublararası dünya çempionatının ifrat sıx təqvim soxasoxunda keçirilməsini uca səslə tənqid etsələr də, FIFA-nın məsələyə baxışı göz qabağındadır.


