Xosep Qvardiola: “Gündoğan qonşum və dostumdur”

Mançester Siti”nin baş məşqçisi Xosep Qvardiola yarımmüdafiəçi İlkay Gündoğanın komandadakı gələcək taleyi barədə danışıb.

Arena.az xəbər verir ki, o, təcrübəli futbolçunun bu komandada oynamağa davam edəcəyinə ümidvar olduğunu dilə gətirib:

“O, mənim nə düşündüyümü başa düşür. Bəlkə də bəziləriniz bunu bilirsiniz, biz qonşuyuq, yaxınlıqda yaşayırıq, odur ki, İlkay uzun illərdir mənim yaxın dostumdur.

O, əla oynayır. Ümid edirəm ki, mövsümü uğurla başa vuracağıq. Direktor Çiki Beqiristayn onun müqaviləsi üzərində çalışır. Gündoğan müstəsna bir mövsüm keçirib”.

Xatırladaq ki, Gündoğanın “şəhərlilər”lə müqaviləsi bu mövsümün sonunda başa çatacaq.

Gündoğan İngiltərə Federasiya Kubokunun final oyununda “Mançester Yunayted”ə iki qol vurmaqla komandasının qələbəsində (2:1) xüsusi pay sahibi olub.

Türkəsilli ulduz cari mövsümdə 50 dəfə “Mançester Siti”nin heyətində meydana çıxıb, 11 qol vurub, 7 məhsuldar ötürmə ilə fərqlənib.

“Transfermarkt” internet-portalı futbolçunu 25 milyon avro məbləğində qiymətləndirir.