Xosep Qvardiola: “İndi “trebl” haqda düşünə bilərik”

Mançester Siti”nin baş məşqçisi Xosep Qvardiola İngiltərə Kubokunun finalında “Mançester Yunayted” üzərindəki qələbəni şərh edib.

Arena.az xəbər verir ki, ispan mütəxəssis 2:1 hesabıyla qalib gəldikləri matçdan sonra bunları söyləyib:

“İndi “trebl”dən danışmaq olar. Təbii ki, hələ Çempionlar Liqasını qazanmalıyıq. Bu gün bizim üçün çox vacib idi. İngiltərə Kuboku çox gözəl turnirdir.

“Mançester Yunayted” bizi çox sıx sıxışdırdı. Onların bu qədər sıx müdafiə olunacaqlarını gözləmirdik. İkinci hissədə daha çox boşluqlar tapdıq.

Sabah və o biri gün futbolçularım üçün istirahət günləri olacaq. Daha sonra Milan “İnter”inə qarşı oyuna hazırlaşmaq üçün üç-dörd məşqimiz var.

Bilirəm ki, biz bu gün azarkeşlərimizə yaxşı hədiyyə etdik. Onlar qonşuları üzərində qələbədən həzz ala bilsinlər”.

Xatırladaq ki, “Mançester Siti” yeddinci dəfə İngiltərə Kubokunun qalibi olub. Buna qədər Xosep Qvardiola və yetirmələri İngiltərə Premyer Liqasını qazanmışdı.