“Mançester Siti”nin baş məşqçisi Xosep Qvardiola “Real”a məğlubiyyətdən sonra öz gələcəyi və məqsdləri haqda sulları cavablayıb.
Arena.az məlumat verir ki, “Pep”in “şəhərlilər”i Çempionlar Liqasının 1/16 finalında “Real”la Madriddəki cavab oyununda 1:3 (ilk oyun 2:3) hesabı ilə məğlub olaraq, mötəbər yarışla vidalaşıblar.
“Mənim dövrümün sonumu? Müəyyən mənada, bəli. Heç nə əbədi davam etmir. Biz yeddi ərzində İngiltərə Premyer Liqasını altı dəfə qazanmışıq, Çempionlar Liqasında isə hər il dörddəbir finallara, yarımfinallara, finallara yüksəlmişik… İşləməyə davam etmək üçün güc-qüvvəm varmı? Güc-qüvvəm də var. Mən dayanmaq niyyətində deyiləm.
Mən gerçəyi qəbul edirəm və bu da belədir ki, “Real” indi daha güclüdür. Vəssalam. Ötən mövsüm biz çox yaşı oynayırdıq, bu mövsüm isə yox. Mən həmişə hesab edirəm ki, layiq olan qələbə qazanmalıdır. Bəzən komanda gözləniləni doğrultmadan mərhələ keçir. Məsələn, müvafiq şərtlər ötən mövsüm ola bilərdi. Ancaq bu, baş verir və bununla barışmaq gərəkdir”, deyə “Pep” vurğulayıb.
Xatırladaq ki, Xosep Qvardiola üçün cari mövsmün məşqçilik fəaliyyətinin ən uğursuz mövsümü olaraq əlamətdardır. İspan mütəxəssisin şəxsi antirekordları cari mövsümün sonuna qədər müddətə daha da “yaxşılaşacaq” – bu, artıq qaçılmazdır.