“Mançester Siti”nin baş məşqçisi Xosep Qvardiola Çempionlar Liqasında Praqa “Sparta”sı ilə oyun ərəfəsində rəqibi qiymətləndirib.
Arena.az məlumat verir ki, ispan mütəxəssis jurnalistlərlə ümumi söhbətində bu fikri səsləndirib:
“Biz Çempionlar Liqasında indi bizimlə eyni xala malik “Sparta”ya qarşı oynayacağıq. Onlar rəqiblərinə xeyli fəsad yaratdılar. Onları izləməyə başlayana qədər mənim “Sparta”dan xəbərim yox idi. Məndə yaxşı təəssürat yarandı”, deyə “Pep” vurğulayıb.
Həmçinin ispan mütəxəssis “şəhərlilər”in Çempionlar Liqasında aralıq məqsədi haqda məlumat verib:
“Çempionlar Liqasında 30-dan çox komanda var və onlardan yalnız 8-i 1/8 finala birbaşa çıxacaq. Ona görə də, demək olar, əminəm ki, ən yaxşı, yüksək səviyyəli komandalar birbaşa irəli gedəcəklər. Bizim üçün ev oyunlarında qalib gəlmək vacibdir, əks halda ümumi mərhələni ilk səkkizlikdə başa vurmaq çətin olacaq. Bu, nail olmaq istədiyimiz məqsəddir”, deyə Xosep Qvardiola vurğulayıb.
Xatırldaq ki, “Mançester Siti” – “Sparta” oyunu bu gün – oktyabrın 23-də baş tutacaq. Hakim oyunu Bakı vaxtı ilə saat 23:00-da başladacaq.


