Xosep Qvardiola “Real”la oyundan gözləntisini açıqladı

“Mançester Siti”nin baş məşqçisi Xosep Qvardiola Çempionlar Liqasının 1/16 finalında “Real”la ilk – ev oyunundan gözləntisini açıqlayıb.

Arena.az “Mançester Siti”nin rəsmi saytına istinadən, ispan mütəxəssisin bu barədə fikrini təqdim edir:

“Onlar yarış cədvəlinə başçılıq edir və “Atletiko” və “Barselona” ilə mübarizə aparırlar. Onları adlamaq üçün biz iki yaxşı oyun keçirməliyik. Biz yaxşı oynaya bilərik, amma biz əvvəlki kimi sabit deyilik. 10 il ərzində bu qədər yaxşı olmuş oyunçulara inandığımı inkar edə bilmirəm. “Real”ın hücumçuları müstəsnadırlar. Onların qısa və uzun ötürmələr etmək imkanları var, buna görə də biz onlara öz oyunumuzu sırımalıyıq.

Biz kifayət qədər yaxşı çıxış etmədik, buna görə də indi olduğumuz yerdə olmağımız mütləq surətdə yerinə müvafiqdir. Püşk – püşkdür, biz bu çağırışı qəbul edirik.

Yarış cədvəlini 24 komanda arasında 22-ci yerdə bitirirsənsə, heç bir güzəşt istəyə bilməzsən. Ən güclülərin səkkizliyinə yaxınlaşmaq üçün belə, kifayət qədər xal toplamadıq. Layiq olduğumuzu da aldıq.Amma komandamızın xüsusi bir xüsusu var. Ümidvaram ki, sabah (arıtq bu gün – redaktorun qeydi) bunu nümayiş etdirə biləcəyik”, deyə Xosep Qvardiola vurğulayıb.

İspan mütəxəssis “Real”ın Vinisius Junior, Rodriqo Qoes, Cud Bellingem və Kilian Mbappedən ibarət hücum bağları haqda qənaətini də açıqlayıb:

“Düşünürəm ki, bu dörd oyunçunu 90 və ya 180 dəqiqə ərzində idarə edib nəzarətdə saxlamaq mümkün deyil. Onlar inanılmadırlar. Onların qarşılıqlı əlaqəsi, sürəti, təkbətək oyunu, topu saxlaya bilmək bacarığı – onların hamısı müstəsna oyunçulardır. Bunu hamı bilir. Bizə, onların oyuna təsir imkanlarını mütləq surətdə azaltmaq gərəkdir. Amma biz başa düşürük ki, buna rəğmən onlar yenə də fürsətlər yaradacaqlar və biz bunlara hazır olmalıyıq”, – “Eurosport.it” dərgisi Qvardioladan sitat gətirir.

Xatırladaq ki, “Mançester Siti” – “Real” oyunu bu gün, fevralın 11-də baş tutacaq. Hakim oyunu Bakı vaxtı ilə saat 00:00-da (12 fevral) başladacaq.