Xulio Rodriqes də “Sabah”dan göndərildi

Sabah” hücumçusu Xulio Sezar Rodriqes ilə yollarını ayırıb. Arena.az xəbər verir ki, bu barədə paytaxt klubunun rəsmi saytı məlumat yayıb.

Paraqvaylı futbolçu ilə mövsümün sonunda başa çatan müqavilə müddəti yenilənməyib. Rodriqesə xidmətlərinə görə təşəkkür edilib, ona gələcək karyerasında uğurlar arzulanıb.

Xulio Sezar Rodriqes 2020-ci ilin yanvar ayından “Sabah”da çıxış edirdi. O, daha öncə Azərbaycanda “Zirə”nin də uğurları üçün çalışıb (2019-cu ilin yanvarından 2020-ci ilin yanvarına qədər)

Xatırladaq ki, “Sabah” daha əvvəl Şpiro Periçiç və Slavik Alxasovla da yollarını ayırmışdı. Əvəzində Boyan Letiçlə yeni müqavilə imzalanıb.